VAKANSIYALAR
AZ Logistika-da bizə qoşulmaq istiyirsinizmi?
Aşağıda hazırda hansı vakansiyaların mövcud olduğunu öyrənə bilərsiniz!
Beynəlxalq yük daşımalar üzrə sürücü
Tələblər:
-
Beynəlxalq daşımaçılıq üzrə ən azı 3 il sürücülük təcrübəsi və yaş həddi 55 yaşa qədər
-
Qanunvericiliklə tələb olunan bütün sürücülük sənədləri və taxoqraf kartının olmağı vacibdir.
-
Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir.
İşin təsviri:
Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarını həyata keçiririk (Tilt və Frigerated qoşqular).
Malların təyinat yerinə (Türkiyə, İran, Rusiya, Ukrayna, Belarusiya) etibarlı və vaxtında çatdırılması bizim və müştərilərimiz üçün önəmlidir.
Sürücülərdən nəqliyyat vasitələrinə qulluq etmələri gözlənilir. Avtomobilin müntəzəm texniki baxışı tələb olunur.
Avtomobil elektrik ustası
(Elektrik Diaqnostikası)
Tələblər:
-
Logistika sahəsində istifadə olunan nəqliyyat vasitələrinin texniki diaqnostikasında təcrübə.
-
MAN, DAF və Actros elektrik sistemləri ilə iş təcrübəsi.
-
Yük maşınlarında elektrik nasazlıqlarının diaqnostikası və təmiri bacarığı.
-
Nəqliyyat vasitələri üçün proqramların yazılması və kalibrlənməsi.
-
Diqqətli, peşəkar və etibarlı.
İşin təsviri:
Avtomobilin bort sisteminin və elektron sistemlərinin sağlamlığının dəqiq qiymətləndirilməsi
Diaqnostika nəticələrinə uyğun olaraq avtomobildəki nöqsanların səbəblərini müəyyən edir və onların aradan qaldırılması üçün tədbirlər görür
Avtomobil elektrikçisi avtomobil elektronikasında nasazlıqların aradan qaldırılması üçün proqram təminatından istifadə etməyi bacarmalıdır.
Təminatlar:
-
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-
Nahar ilə təmin edilmə
-
Əmək müqaviləsi
İş qrafiki: 6 günlük