top of page

TİBBİ TULLANTI

Tibbi tullantılar sadəcə zibil deyil. Bunlar peşəkar və məsuliyyətli yanaşma tələb edən potensial təhlükəli maddələrdir. Əgər düzgün şəkildə zərərsizləşdirilməsələr, tibbi tullan­tılar ekoloji tarazlığa və insanların sağlamlığına ciddi təhlükə yaradır. Şirkətimiz qanun­vericiliyə və sanitariya normalarına uyğun olaraq tibbi müəssisələrin bütün siniflərinə aid tullantıların təhlükəsiz toplanması, emalı və məhvi üzrə tam xidmətdövrəsini həyata keçirir. Bu yolla həm insanların sağlamlığını, həm də ətraf mühiti qoruyuruq.

Biz zəmanət veririk:

• Tullantıların toplanmasından məhvinə qədər tam dövrə;

• Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və epidemioloji-sanitariya qayda və nor-

mativlərin tələblərinə tam uyğunluq;

• Ətraf mühitə ziyanı minimuma endirmə;

• Məlumatların məxfiliyi və təhlükəsizliyi.

Niyə tibbi tullantilar zərərsizləşdirilməlidir?

Təhlükəsizlik – hər şeydən öndə gəlir
 

Tibbi tullantılar yoluxucu agentlər, toksik maddələr və kəsici-deşici əşyalar ehtiva edə bilər.

Düzgün zərərsizləşdirilmədikdə risklər bunlardır:

• Yoluxucu xəstəliklərin yayılması (HİV, hepatitlər, vərəm)

• Torpağın, suyun və havanın çirklənməsi (toksinlər, antibiotiklər)

• İşçi heyət və əhali üçün travma riski

• Dərmanlara davamlı bakteriyaların yayılması

• Müəssisələr üçün cərimələr və cinayət məsuliyyəti

• Ekoloji fəlakətlər

Məsuliyyətli tullantı idarəçiliyi seçim deyil – zərurətdir!

Müalicə-profilaktika müəssisələri tullantilarinin təsnifati:

A sinfi (təhlükəsiz) - Yoluxucu xəstəliklər xəstəxanaları və pasiyentlərin bioloji mayeləri ilə təmasda olma-yan, eləcə də qeyri-toksiki tullantılar; yoluxucu xəstəliklər xəstəxanaları və vərəm əleyhinə müəssisələr (şöbələr) istisna olmaqla, bütün müalicə-profilaktika müəssisələrindənin qida tullantıları; mebel, inventar, tərkibində toksik el- ementlər olmayan və işləməyən diaqnos- tika avadanlıqları; yoluxmamış kağız, süpürüntü, tikinti və

s. tullantılar

B sinfi (təhlükəli)Potensial yoluxucu xəstələrlə

təmasda olmuş tullantılar, ifrazat, o cümlədən qanla çirklənmiş mate- riallar və alətlər; patoloqoanatomik tullantılar, xəstələrin üzvi (bədən üzvləri, toxumalar və s.) cər- rahiyyə tullantıları; yoluxucu xəstəliklər şöbələrinin bütün tullantıları (o cüm- lədən qida qalıqları); 3-cü və 4-cü qrup patogen mikroorqa- nizmlərlə işləyən mikrobioloji labo- ratoriyaların tul- lantıları; vivarilərin bioloji tullantıları.

C sinfi (xüsusi təhlükəli)Xüsusi təhlükəli yoluxucu xəstələrin təmasda olduğu materiallar; 1-4-cü qrup patogen mikroorqanizm- lərlə işləyən laboratoriyaların tullantıları; vərəm əleyhinə və dəri-zöhrəvi xəstəxanaların (şöbələrin) tullantıları.

D sinfi (tərkibi sənaye tullantılarına yaxın olan)Vaxtı keçmiş dərman preparatları, dərman və diaqnostik preparatların tullantıları, yararlılıq müddəti

bitmiş istifadəyə yararsız dezinfeksiya vasitələri, sitostatiklər və digər kimyəvi preparatlar; tərkibində civə olan əşya, cihaz və avadanlıqla

İstifadə Etdiyimiz Avadanliq

STERILIZATOR VƏ ŞREDER

Məhsulun Təsviri

Sterılızator – bioloji təhlükəli tibbi tullantıların emalı üçün nəzərdə tutulmuş, buxarla sterilizasiya və daxilində quraşdırılmış şreder sistemi olan bir cihazdır. Sterılızator, tullantıların həm xırdalanmasını, həm də bir kamerada buxarla sterilizasiyasını həyata keçirir. Kamera daxilində iki istiqamətdə fırlana bilən güclü bıçaqlarla təchiz olunmuş mühərrikli ox vasitəsilə tullantıların ölçüsü və həcmi əhəmiyyətli dərəcədə azaldılır.

Tətbiq Sahəsi

Şreder ilə inteqrə olunmuş buxar sterilizatoru, xəstəxana, dializ mərkəzləri, klinika və laboratoriyalarda bioloji təhlükəli tibbi tullantıların yerində zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Avadanlıq Aİ və ÜST tövsiyələrinə tam uyğundur.

Dezinfeksiya Xidməti

Evinizdə, ofisinizdə, obyektinizdə gigiyena və sağlamlıq sizin üçün vacibdirsə, biz buradayıq! Peşəkar dezinfeksiya xidmətlərimiz ilə bakteriya, virus, göbələk və zərərli mikroorqanizmləri yox edərək, sizin və yaxınlarınızın təhlükəsizliyini təmin edirik.

 

 

Xidmətlərimiz:

 • Antibakterial və antiviral dezinfeksiya

 • COVID-19 və digər infeksiyalara qarşı profilaktik tədbirlər

• Gecə və ya qeyri-iş saatlarında xidmət imkanı

• Sertifikatlı kimyəvi maddələr və müasir avadanlıq

Класс B (опасные)

Tərəfdaşlarımız
nationsoverlay-01.png
intertek.png
amcham.png
footer-logo.png
BİZİM ÖHDƏLİYİMİZ ATDIĞIMIZ HƏR ADDIMDADIR

© 2026 Az Logistics ASC. Ticarət markaları və markaları müvafiq sahiblərinin mülkiyyətidir.

bottom of page