Haqqımızda.

”AZ Logistika and Management Services” QSC 2009-cu ildən fəaliyyətə başlamış yerli şirkətdir. Şirkətin adı yeni müəssisənin, nəqliyyat və logistika xidmətlərinin geniş spektri üzrə inkişaf etməyə davam edən irimiqyaslı işgüzar fəaliyyəti əhatə edən strategiyasını əks etdirir. Böyüməmiz nəticəsində biz Azərbaycanda və xaricdə geniş çeşiddə xidmətlər göstərə bilirik. AZ Logistics ölkənin aparıcı logistika şirkətlərindən biridir və 2015-ci ildə Azərbaycanda ən yaxşı logistika şirkəti seçilərək, daşıma, yerdəyişmə, multimodal əməliyyatlar, ağır texnika logistikası kimi logistik ehtiyaclarınıza gəldikdə bizi bir nömrəli seçiminiz edir.

AZ Logistika Road Tankers
AZ Logistika Meeting
AZ Logistika Trucks
AZ Logistika HSE Check
Vizyonumuz.

 

Azərbaycanda daha təhlükəsiz, daha səmərəli və ekoloji cəhətdən təmiz bir logistika sektoru yaratmaq üçün milli nəqliyyat standartlarını qərb ölkələri ilə eyni səviyyəyə qaldırmaq istəyirik.

 

Logistika sektorundakı standartları yüksəltmək üçün bir ön yarışçı olmağa çalışırıq. Biz davamlı olaraq ən yaxşı, ən etibarlı, qənaətcil, lakin səmərəli nəqliyyat xidmətini təqdim etməyə çalışırıq.

Şirkət Profili.

 

Biz işimizi keyfiyyətin yüksək standartı ilə təmin edən ISO sertifikatlı şirkətik.

Bizim müxtəlif növ ISO sertifikatıarımız var:

ISO 9001 : 2015 Keyfiyyət İdarəetmə Sistemi  
ISO  14001: 2015 Ekoloji İdarəetmə Sistemi
OHSAS  18001 : 2007 Əmək və Sağlamlığın İdarəetmə Sistemi

ISO keyfiyyət standartlı xidmətlərimiz  bizi rəqiblərimizdən fərqləndirir.   Siz Azlogistikanı seçməklə göstərilən məntəqəyə yüklərinizin vaxtında və təhlükəsiz çatdırılmasına zamin əldə etmiş olursunuz.

2009-cu ildə şirkət Xəzər regionunun iri neft şirkətləri tərəfindən keçirilən Sahibkarlığın İnkişafı üzrə Təlim Proqramında (EDTP) uğurla iştirak etmişdir. Bu proqram şirkətin idarəetmə sisteminin tam auditini, sənədləşmə və iş prosedurlarının dərindən yoxlanmasını əhatə etmişdir.

” AZ Logistika and Management Services ” MMC ” BP Exploration (Caspian Sea) Ltd ”, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və ” Qala Oil ” şirkətləri tərəfindən elan edilmiş neft və neft məhsullarının , təhlükəli və təhlükəsiz tullantıların daşınması üzrə bir neçə iri müqavilənin tender prosesində uğurla iştirak etmiş və hazırda  bu müqavilələrdən irəli gələn öhdəlikləri həyata keçirməkdədir.

Şirkətin idarəedici komandası və digər sahələri əhatə edən əməkdaşları geniş xidmət siyahısına və tullantı məhsullarının və zərərli materialların daşınması üçün tələb olunan dərin logistika biliklərinə malikdir. Daşınan materiallar aşağıdakıları əhatə edir, lakin bunlarla məhdudlaşmır: Tullantı materialları
Sənaye suyu
Neft məhsulları
Karbohidrogen əsaslı məhsullar