top of page

Xidmətlər. 

”AZ Logistika and Management Services” ASC 2009-cu ildən fəaliyyətə başlamış yerli şirkətdir. Şirkətin adı yeni müəssisənin, nəqliyyat və logistika xidmətlərinin geniş spektri üzrə inkişaf etməyə davam edən irimiqyaslı işgüzar fəaliyyəti əhatə edən strategiyasını əks etdirir.

TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASI

Azərbaycanda təhlükəli materialların və irihəcmli maddələrin daşınması üzrə aparıcı mütəxəssis olan ”AZ Logistika and Management Services” Şirkətinə xoş gəlmisiniz.

Biz bütövlükdə ölkə ərazisində fəaliyyət göstərən və quru yolla təhlükəli yüklərin daşınması və irihəcmli maye və bərk materialların daşınması üzrə təcrübəyə malik sözün əsl mənasında əvəzolunmaz yerli şirkətik. Biz təhlükəli yüklərin daşınması üçün təhlükəsiz, etibarlı və qənaətli həll yolları təmin etmək üzrə xidmət siyahımızla, o cümlədən yüksək səviyyəli , beynəlxalq standartlara cavab verən avadanlığımız və ciddi təhlükəsizlik prosedurlarımızla tanınırıq.

IMG_8345_edited.jpg
NEFT MƏHSULLARININ DAŞINMASI
IMG_8238_edited.jpg

Şirkətimiz tərəfindən istifadə olunan bütün nəqliyyat vasitələri təhlükəli yüklərin daşınması üçün xüsusi avadanlığa malikdir.

 

Şirkətin sürücüləri təhlükəli yüklərin daşınması üzrə kurslar çərçivəsində mütəmadi olaraq xüsusi təlim keçirlər. Şirkətin təhlükəli yüklərin daşınması işinə cəlb edilmiş bütün işçiləri peşəkar bacarıqlarının saxlanılması və inkişaf etdirilməsi üçün müntəzəm olaraq xüsusi təlimlərdə iştirak edirlər.

Onların bilik və bacarıqları Fövqəladə Hallar Nazirliyi və BP Şirkəti tərəfindən həyata keçirilən xüsusi təlimlərlə təsdiq olunmuşdur. Qiymətli və təhlükəli yüklərin daşınması quru yol daşınmalarının ən məsuliyyətli növüdür.

ÇİRKAB VƏ SƏNAYƏ SULARININ DAŞINMASI VƏ UTİLİZASİYASI
AZ Logistika Skip Waste Utilization

Biz 10 ildən artıqdı ki, kanalizasiya, yağlı su, istehsal suyu, bitki yağları, ağac, plastik və metal tullantılarının daşınması xidmətlərini təmin edirik.

Bizim əsas müştərilərimizə BP Exploration (Caspian Sea) Ltd. Şirkəti və kanalizasiya şamboları olan podratçılarçı şirkətlər daxildir. Bu xidmətləri təmin etmək üçün, yaxınlarda Avropada əldə edilmiş tamamilə yeni və bütün normativ tələblərə cavab verən tanker, istifadə olunur. Buna əsaslanaraq, AZ Logistika çirkab və lay sularının (yeyinti yağları və piyləri daxil olmaqla) daşınması və utilizasiyası ilə bağlı xidmətlər təklif edir.Yığılmış bütün çirkab və lay suyları dövlət standart və normativlərinə uyğun olaraq utilizasiya olunur.

AĞIR YÜKLƏRİN
DAŞINMASI
Flatbed Trailer AZ Logistika

Biz ildə 365 gün, həftənin 7 günü, günün 24 saatı xidmət göstəririk.

”AZ Logistika and Management Services” Şirkəti sənayenin ən iri quru nəqliyyat donanmasından istifadə edir və yanacaq, avadanlıq, materiallar və yüklərin Azərbaycan daxilində daşınması imkanlarına malikdir.

BEYNƏLXALQ
DAŞIMALAR
Tent Trailer AZ Logistika International Transportation

Azlogistika öz xidmətlərini yalnizca Azərbaycan hüdudlarında deyil eyni zamanda beynəlxalq səviyyədə də təklif edir.

 

Avtomobil parkımızın genişliyi və illərin iş təcrübəsi sayəsində öz xidmətlərimizi beynəlxalq səviyyədə göstərməyə nail olmuşuq.

İCARƏ
XİDMƏTİ
container shredder waste crusher AZ Logistika
Skips AZ Logistika

Azlogistika təkcə nəqliyyat xidmətləri göstərməklə məhdudlaşmır, biz müxtəlif İcarə xidmətləri də təqdim edə bilirik.

 

Logistik imkanlarımızla birlikdə, harada olmağınızdan asılı olmayaraq, sizə geniş xidmətlərimizdən hər hansı birini təqdim edə biləcəyimizi təmin edə bilirik.

bottom of page