top of page

TƏHLÜKƏLİ YÜKLƏRİN
DAŞINMASI

Azərbaycanda təhlükəli materialların və irihəcmli maddələrin daşınması üzrə aparıcı mütəxəssis olan ”AZ Logistika and Management Services” Şirkətinə xoş gəlmisiniz.

Biz bütövlükdə ölkə ərazisində fəaliyyət göstərən və quru yolla təhlükəli yüklərin daşınması və irihəcmli maye və bərk materialların daşınması üzrə təcrübəyə malik sözün əsl mənasında əvəzolunmaz yerli şirkətik.

Biz təhlükəli yüklərin daşınması üçün təhlükəsiz, etibarlı və qənaətli həll yolları təmin etmək üzrə xidmət siyahımızla, o cümlədən yüksək səviyyəli , beynəlxalq standartlara cavab verən avadanlığımız və ciddi təhlükəsizlik prosedurlarımızla tanınırıq.

Təcrübələrlə sınanmış təhlükəsizlik səviyyəmiz bizi Azərbaycanda təhlükəli materialların və irihəcmli maddələrin daşınması üzrə bazarın liderinə çevirmişdir.

”AZ Logistika and Management” Şirkəti təhlükəli yüklərin, mayelərin, kimyəvi maddələrin və digər məhsulların tam spektrinin quru yolu ilə ölkədaxilində daşınmasını təklif edir. Şirkət daha yüksək ixtisaslaşma səviyyəsinə malik materiallarla xüsusi davranış tələblərinə riayət etmək üçün kifayət qədər elastik struktura malikdir. 

Təhlükəsizlik bizim detallı prosedurlarımız və riskin qiymətləndirilməsindən tutmuş təhlükəli materialların və ya irihəcmli maddələrin daşınmasının təşkil edilməsi zamanı heyətin hərtərəfli hazırlığına qədər etdiyimiz hər bir işinəsasını təşkil edir.

Söhbət təhlükəli yüklərdən getdikdə, biz, sözün əsl mənasında, sahəmizin ən etibarlı nümayəndəsiyik. Şirkətimiz Azərbaycan daxilində təhlükəli yüklərinin daşınması üçün Neft-qaz sənayesinin bütün irimiqyaslı şirkətlərinin seçimidir. Biz, həmçinin, 99.98% hallarda vaxtında çatdırılma göstəricisi nümayiş etdirərək tikinti, istehsal və digər sənayelərdə geniş müştəri dairəsi ilə işləyirik.

Biz təhlükəli yüklərin daşınması ilə yanaşı, yüklərin anbarda saxlanılması və əlavə qurğu və avadanlıqların təmin edilməsi kimi əlavə xidmətlər də təklif edirik. Bundan başqa, əməkdaşlarımız müştərilərimizə qurğu və avadanlıqların quraşdırılmasından tutmuş, təhlükəsizlik prosedurları və təlimlərinə qədər müxtəlif məsələlər üzrə konsultasiya təklif edirlər.

Nəqliyyat vasitəsinin növü:

  • Karbohidrogen məhsullarının daşınması üçün avtosisternlər

  • Platforma-qoşqu

  • Açılıb-qatlanan platformalı maşınlar

  • Manipulyatorlu maşınlar

  • Assenizatorlar

  • İçməli suyun, sənaye suyunun, çirkab sularının daşınması üçün avtosisternlər

  • Özüboşaldan maşınlar

  • Tullantı maşını

  • Yüngül yük maşını

  • Özüboşaldan yedək (Konteyner və iri burğu qutularının daşınması)

bottom of page