11 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində “TransCaspian 2016” Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi və 6-cı Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2016” sərgiləri keçirilmişdir. “AZ Logistics and Management Services” Sərgidə öz fəaliyyətini və xidmətlərini ictimaiyyətə təqdim etdi. Sərgilərin rəsmi açılış mərasimində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov, bir sıra ölkələrin səfirləri və 40-dan çox KİV nümayəndəsi iştirak edib.
Açılış mərasimində çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov təşkilatçıları və fəxri qonaqları yubiley münasibətilə təbrik edib. Nazir ilbəil genişlənən və bütün sənayenin inkişafına layiqli töhfə verən bu tədbirin aktuallığını vurğulayıb. “Mən şübhə etmirəm ki, sərgidə təqdim olunan mallar, xidmətlər və avadanlıqlar xarici mütəxəssislərin marağına səbəb olacaq və beynəlxalq əməkdaşlığa töhfə verəcək”.
“Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov qeyd edib ki, son 15 il ərzində dünyanın otuzdan çox ölkəsini təmsil edən 700-ə yaxın şirkət TransCaspian sərgisini ziyarət edib.
Comments